Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İran ABŞ sanksiyalarına qarşı "müqavimət büdcəsini" açıqladı - 39 milyard dollar

Baxılıb: 460     Tarix: 09-12-2019 11:59   

Qanlı etirazlara səbəb olmuş yanacaq qiymətləri artımından sonra İran Prezidenti Həsən Ruhani ABŞ sanksiyaları ilə mübarizə aparmaq məqsədilə 39 milyard dollarlıq büdcə açıqlayıb.
Bazar günü Ruhani elan edib ki, İran kəskin iqtisadi tənəzzülldən, 40%-lik inflyasiyadan və qiymətlərin bahalaşmasından əziyyət çəkir. May ayında ABŞ-ın neft sənayesi daxil olmaqla, İran iqtisadiyyatına tətbiq etdiyi sanksiyaların səbəbi kimi İranın nüvə proqramı göstərilir. “Maksimum təzyiq” adlandırılan tədbirlər planında niyyət satışları sıfıra salmaqdır.
“Aljazeera”-nın xəbərinə görə, Ruhani parlamentdə çıxış edərkən, bildirib ki, dövlət işçilərinin maaşlarının 15% artırılmasını da nəzərdə tutan büdcə “sanksiyalar əleyhinə müqavimət və əzm büdcəsi”dir. O, əlavə edib ki bu, dünyaya gösətərcək ki, onlar ölkəni sanksiyalara rəğmən idarə edə bilirlər. büdcə neft gəlirlərinin 40% düşəcəyini proqnoz edir və bu zaman dövlət aktivlərindən istifadəni və dövlət mülkiyyətinin satılmasını planlaşdırır.
Ruhani detalları barədə məlumat vermədən bildirib ki, İran Rusiyanın 5 milyard dollarlıq “investisiya”sından da faydalanacaq.шаблоны для dle 11.2