Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Al-Qaida” lideri ABŞ-ın Yəmənə hava zərbələri nəticəsində öldürülüb

Baxılıb: 590     Tarix: 01-02-2020 10:16   

ABŞ-ın rəsmi şəxsləri hesab edirlər ki, “Al-Qaida”nın Ərəbistan yarımadasındakı lideri Qasim ar-Raymi Birləşmiş Ştatların Yəmənə endirdiyi hava zərbələri zamanı öldürülüb.
Bu barədə “Report” “The New York Times” qəzetinə istinadən xəbər verir.
Nəşrin mənbələrinin sözlərinə görə, ABŞ bir neçə ay ərzində ar-Rayminin olduğu yeri müəyyənləşdirib. 2019-cu ilin noyabrında Mərkəzi Kəşfiyyat İdarəsi Yəməndə informatordan terrorçunun olduğu yeri haqqında məlumatlar alıb. Bundan sonra Amerika kəşfiyyatı onu pilotsuz təyyarələrin köməyi ilə axtarıb. ABŞ yanvarda Yəmənin ərazisinə zərbə endirib.
Nəşr qeyd edib ki, ABŞ-ın rəsmi şəxsləri bu informasiya ilə bağlı əlavə təsdiqləri aldıqdan sonra ar-Rayminin məhv edilməsini elan edəcəklər. Son bir neçə ildə ABŞ bir neçə dəfə qruplaşmanın Ərəbistan yarımadasında, Yəmən ərazisindəki mövqelərinə zərbələr endirib. ABŞ hakimiyyəti bildirirdi ki, qruplaşma Birləşmiş Ştatlar və Avropa ölkələrində terror aktları həyata keçirməyi planlaşdırır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar