Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rusiyadan Haftara kritik dəstək: Amerika PUA-sı vuruldu

Baxılıb: 515     Tarix: 12-02-2020 12:28   

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Baş Müfəttişliyinin Konqresə təqdim etdiyi hesabatda, Rusiyanın Liviyadakı hərbi mövcudluğunun ABŞ-ın bölgədə terrorizmlə mübarizə fəaliyyətlərinə zərər verdiyi bildirilib.
Teleqraf.com xəbər verir ki, hesabatda ötən il Rusiyanın “Vaqner” silahlı qüvvələrinin sayının önəmli dərəcədə artdığı qeyd edilib.
Rusiyanın Liviyada qiyamçı general Xəlifə Haftara bağlı orduya dəstək verdiyi bildirilən sənəddə qeyd edilib ki, ötən il Moskva bölgədəki hərbi qüvvələrinin sayını 800-1400 nəfərədək artırıb.
Baş Müfəttişlik sənəddə ötən il oktyabrın 21-də Haftar ordusuna dəstək verən rusiyalı muzdluların (“Vaqner”) Liviyada ABŞ Silahlı Qüvvələrinə məxsus dronu (PUA) vurduğu da bildirib.
Haftar ordusunun ABŞ-ın bölgədəki fəaliyyətlərinə hansı formada təsir göstərdiyi məsələsinə isə hesabatın məxfi hissəsində yer verildiyi qeyd olunub.
ABŞ-ın BMT tərəfindən tanınan Liviya Milli Sülh Hökuməti ilə terrorizmə qarşı mübarizə apardığı məsələsinə də sənəddə yer verilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar