Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ukraynanın şərqində ağır döyüşlər gedir

Baxılıb: 681     Tarix: 18-02-2020 11:42   

Bu gün səhər saatlarından Ukraynanın Donbas bölgəsində ordu ilə separatçı silahlılar arasında ağır döyüşlər başlayıb.
Report xəbər verir ki, bunu Feysbuk səhifəsində ukraynalı jurnalist Yuri Butusov yazıb.
Onun sözlərinə görə, Ukrayna tərəfi itkilər verib.
Jurnalist bildirib ki, yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbas bölgəsində silahlılar Ukrayna əsgərlərinin dayandığı postlara hücum ediblər. Nəticədə ağır döyüşlər başlayıb. Onun sözlərinə görə, separatçılar 152 mm çaplı kalibr artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla bütün növ silahlardan istifadə edirlər. Bu, 2018-ci ildən bəri ilk genişmiqyaslı döyüşlərdir.
Ukrayna Müdafiə Nazirliyi hazırda bölgədə döyüşlərin getdiyini və itkilərin olduğunu təsdiqləyib.
Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. Nəticədə Donetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, separatçıların sırasında Rusiya hərbçiləri də var. Rusiya bu ittihamı rədd edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar