Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Pompeo “türk əsgərlərini onlar öldürüb” dedi – Rusiyadan reaksiya

Baxılıb: 512     Tarix: 18-03-2020 12:44   

ABŞ Rusiya və Türkiyə münasibətlərində gərginlik yaratmaq qərarı verib.
Qanunvehedef.az xəbər verir ki, bunu “Reqnum”a müsahibəsində rusiyalı politoloq Vladimi Şapovalov deyib.
“Türkiyəyə qarşı bir neçə fəaliyyət nəticəsində ABŞ faktiki olaraq müttəfiqi Ankaranı itirib. Türkiyə de-fakto ABŞ-ın müttəfiqi olmaqdan çıxıb və hətta müəyyən mənada ABŞ-ın düşməninə çevrilib. Bu, ABŞ-ın Yaxın Şərq siyasətində fəlakətli nəticədir. Ona görə ki, yarım əsr müddətində məhz Türkiyə ABŞ-ın Yaxın Şərqdə əsas təsir agenti olub. Faktiki olaraq ABŞ hazırda öz əliylə özünü etibarlı müttəfiqindən məhrum edib. Bu situasiyada ABŞ provokasiya vasitəsilə Rusiya və Türkiyə arasında gərginlik yaratmaq qərarı verib. Düşünürəm ki, bu, sonuncu cəhd deyil”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanı türk əsgərlərini öldürməkdə ittiham etmişdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar