Xəbər lenti
Arxiv
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

TƏBRİZ HƏBSXANASINDA QİYAM - Güllə səsləri eşidilir, yanğın çıxdı.

Baxılıb: 323     Tarix: 27-03-2020 15:19   

Ötən gün martın 26-da Təbriz həbsxanasında məhbusların üsyan etməsi haqda sosial mediada video paylaşılıb. Həmin videoda həbsxanadan ardıcıl şəkildə güllə səsi eşidilir.Yayılan məlumata görə, Təbriz həbsxanasının məhbusları axşam çağı koronavirus təhlükəsi qarşısında zaminə buraxılmalarına izn verilmədiyi üçün ayağa qalxıblar. Məhbuslar və həbsxana məmurları arasına qarşıdurma baş verdiyi deyilir.
***
Cümə axşamı Təbriz həbsxanasında məhbusların üsyan etməsi haqda sosial mediada video paylaşılıb. Həmin videoda həbsxanadan ardıcıl şəkildə güllə səsi eşidilir.
Yayılan məlumata görə, Təbriz həbsxanasının məhbusları axşam çağı koronavirus təhlükəsi qarşısında zaminə buraxılmalarına izn verilmədiyi üçün ayağa qalxıblar. Məhbuslar və həbsxana məmurları arasına qarşıdurma baş verdiyi deyilir.
Hələlik rəsmi təsdiqlənməyən bəzi mənbələrin məlumatına görə, Təbriz həbsxanasının 9-cu bölməsində iki əsgərin silahıüsyançı məhbusların əlinə keçməsi nəticəsində həbsxanada məmurlar və məhbuslar arasında silahlı toqquşma baş verib. Məhbusların yataq ədyallarını həbsxananın salonu və həyətində toplayaraq yandırması nəticəsində həbsxanadan tünd duman qalxdığı müşahidə edilib.
Məhbuslar və həbsxana məmurları arasında 9 və 7-ci bölmələrində qarşıdurma baş verdiyi bildirilir. Polisin xüsusi qüvvələri həbsxananın ətrafında toplanaraq həbsxananın ciddi şəkildə mühafizə edildiyi barədə məlumat yayılıb.
Bu xəbər barədə ilk dəfə Təbrizin meri tərəfindən açıqlama verilib. Təbriz şəhərinin meri Behruz Məhdəvi, İRNA xəbər agentliyinə, Təbriz həbsxanasında baş verən atəş açılması və qarşıdurma xəbərini rədd edərək, hadisəni "kiçik bir yanğın nəticəsində məhkumlar və həbsxana məmurları arasında yaranan narahatlıq" kimi qiymətləndirib.
"Təbriz həbsxanası kimi həssas məkanda meydana gələn yanğın və tüstünün məhkumlar və nizam-intizam qüvvələr arasında narahatlığa səbəb olacağı aydındır. Buna görə də mövcud təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətdə saxlamağa hazırlaşdılar," o bildirib.
İran hökuməti koronavirus xəbərlərini müstəqil şəkildəəks etdirən vətəndaşları təqib edərək onları həbs etməklə hədələyir. Bir çox ictimai xadim və müstəqil jurnalist hökumət tərəfindən təqibə məruz qalmaq və ictimai rəyi azdırma ittihamından yayınmaq üçün koronavirusla bağlı məlumat paylaşmaqdan ehtiyat edirlər. (Amerikanin səsi)

шаблоны для dle 11.2



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar