Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"Çin koronavirusun yayılma miqyasını gizlədib" - ABŞ kəşfiyyatı

Baxılıb: 620     Tarix: 02-04-2020 10:58   

Çin koronavirusun ölkədə yayılma miqyasını gizlədib və nəinki xəstələrin, həm də ölənlərin sayını da süni formada azaldıb.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının Ağ Ev üçün hazırlanmış gizli hesabatında bildirilib.
Nəşrə hesabat barədə məlumat verən mənbələr sənədin detalını açıqlamaqdan yayınıblar. Onların sözlərinə görə, Çinin statistikasının reallıqla bir bağlantısı yoxdur. Mənbələr qeyd ediblər ki, Çinin rəqəmləri ümumiyyətlə saxtadır.
Mənbələrdən birinin açıqlamasına görə, Ağ Ev rəsmiləri bu hesabatla ötən həftə tanış olublar.
Dünən ABŞ-ın vitse-prezidenti Mayk Pens də CNN-in efirində Çini problemin miqyasını gizlətməkdə və zəif məlumat mübadiləsində ittiham edib.
“Gerçəklik belədir ki, Çin daha ürəyiaçıq olsaydı, biz daha yaxşı durumda ola bilərdik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, daha öncə mətbuatda Uhanda koronavirusdan ölənlərin sayı yarıbayarı az göstərildiyinə dair xəbər yayılmışdı.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 936 200-ü ötüb. Bunların 194 583 nəfəri sağalıb, 47 249 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar