Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İran ABŞ-ın şərtlərini qəbul etməyənə qədər ciddi sanksiyalar davam edəcək-RƏY

Baxılıb: 453     Tarix: 02-05-2020 13:54   

ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyalar siyahısını daha da genişləndirib.
Bu barədə məlumatı ABŞ-ın Maliyyə Nazirliyinə istinad edərək İran mətbuatı yayıb. Qeyd olunub ki, ABŞ İranın "Taif Mining Services" adlı dağ-mədən işləri ilə məşğul olan iri şirkətini və şirkətin sahibi Əmir Dəyanətin adlarını sanksiyalar siyahısına əlavə edib. ABŞ Maliyyə Nazirliyi "Taif Mining Services" şirkəti ilə əməkdaşlıq əlaqələrinin kəsilməsini istəyib. Əks təqdirdə İrana məxsus şirkətlə əlaqəsi olan digər beynəlxalq şirkətlərin, eləcədə dövlətlərin ABŞ banklarındakı hesabları dondurula bilər.
Nəzərə çatdırılıb ki, şirkətin sahibi Ə.Dəyanət İran ilə yanaşı, həm də İraqın vətəndaşıdır və İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) ilə əlaqəli fəaliyyət göstərir. İranın əsas silahlı qüvvəsi olan "Sepah" isə ABŞ tərəfindən terror təşkilatı kimi tanınır. Artıq Vaşinqtonun Kolumbiya dairəsinin prokurorluğu şirkətə və onun rəhbərinə qarşı cinayət işi açıb. "Taif Mining Services" şirkəti və onun rəhbəri Ə.Dəyanət, ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən silah qaçaqmalçılığında, çirkli pulların yuyulmasında və ABŞ-ın sanksiyalar rejimini pozmaqda ittiham edilir. Prokurorluq şirkətin 12 milyon dollar həcmində aktivlərinin müsadirə olunmasını da tələb edir.
İran rəsmiləri ABŞ-ın bu addımına hələlik münasibət bildirməyiblər.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə açıqlama verib.
Politoloq bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları genişləndirməsi və dağ-mədən sənayesini hədəf alması iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə gətirməklə yanaşı, İranın regionda fəaliyyətinin zəifləməsinə gətirib çıxaracağı şübhəsizdir:
"SEPAH və Hizbullahla əlaqəli şirkət və şəxslərə bu sanksiyalar kifayət qədər İran üçün arzuolunmaz fəsadlara gətirib çıxaracaq. ABŞ İrana qarşı elə bir hücuma keçib ki, Tehranın müdafiə immuniteti qalmayıb. Bu hücumların hərbi müstəvidə baş verməsi təbii ki, regionda ciddi böhrana gətirər.Ona görə də Vaşinqton yalnız iqtisadi və siyasi sanksiyalarla demək olar ki, İranı buxovlayır. ABŞ prezidentinin İran katerlərinin vurulması ilə bağlı göstərişi və ardınca sanksiyalar göstərir ki, bu müharibə İranın ABŞ şərtlərini qəbul etməyincə davam edəcək.
Qeyd edim ki, bu sanksiyalar misli görünməmiş bir şəkildə həyata keçirilir.Burada Yevangelistlərin nə qədər ciddi şəkildə ideoloji olaraq İranın İsrail üçün təhlükəli olduğunu nümayiş etdirir. Çünki Yəhudi lobbisi və Yevangelistlər pandemiyanın yaşanmasına baxmayaraq heç bir güzəştə getmədilər. Tərəflər arasında düşmənçilik ideoloji olaraq kəskin bir səviyyədə təhlükəli məcraya daxil olub. ABŞ müharibəyə hazırkı situasiyada getməsə də, bunun baş verməsi üçün potensial zəmin hazırlanır".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar