Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“OPEK+”un razılaşması pozulur: Üç ölkə imtina etdi

Baxılıb: 836     Tarix: 13-05-2020 18:46   

“OPEK+”un neft hasilatının azaldılmasına dair razılaşmasından üç ölkə imtina edib.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “Röyter” yayıb. Məlumata görə, bu ölkələr İraq, Nigeriya və Anqola olublar. Onların hasilatı əvvəlki səviyyədə ya saxladıqları, ya da artırdıqları bildirilib.
İraq hökuməti yerli “Basra Oil Kompani”yə hasilatı 1 milyon barrel azaltmağı tapşırsa da ölkədə çalışan “Ekzon”, BP və “Lukoyl” şirkətləriylə razılıq əldə etmək mümkün olmayıb. Nəticədə Bəsrə limanından may ayında yüklənən neftin həcmində aprellə müqayisədə heç bir dəyişiklik olmayıb. Onun həcmi sutkalıq 3,3 milyon barrel təşkil edib.
Nigeriya isə hasilatı 1,41 milyon barrelə qədər azaltmaq öhdəliyinə əməl etməyib. May ayında Nigeriyanın gündəlik ixracı 1,56 milyon barrel təşkil edib. İyunda isə ixracın 1,65 milyon barrelə yüksələcəyi vurğulanıb.
Sutkalıq hasilatı 1,18 milyon barrelə qədər azaltmaq öhdəliyi götürən Anqola ixracını 1,27 barrelə çatdırıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar