Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkmənistan 1402 məhbusu əvf edir

Baxılıb: 670     Tarix: 17-05-2020 21:24   

Türkmənistanın avtoritar prezidenti Qurbanqulu Berdiməhəmmədov 1402 məhbusu əvf edib.
Dövlət mediası nazirlər kabinetinin mayın 15-də keçirilmiş iclasından sonra "öz cinayət əməllərindən peşman olan" 1192 ölkə vətəndaşı və 210 xarici vətəndaşın həbsxanalardan azad ediləcəyi haqda məlumat verib.
Məhbuslar bu ay mayın 19-da müqəddəs Ramazan ayının Qədr gecəsindən öncə azad ediləcək.
Əvf olunanların siyahısının hansı əsaslarda hazırlandığı haqda məlumat verilməyib. Cinayət törədənlərin adları, Cinayət Məcəlləsinin hansı maddələri üzrə məhkum edildikləri və həbs cəzalarının hansı hissəsini çəkdikləri də qeyd edilməyib.
Əvvəlki illər Berdiməhəmmədov ölkədə işsizlik səviyyəsinin yüksək olması və iqtisadi inkişafın yavaşıdığına baxmayaraq, yerli rəsmilərə əvf olunanların işlə təmin edilməsi haqda göstəriş vermişdi.
Türkmənistan dünyanın ən təcrid olunmuş və repressiv ölkələrindən biridir.
Həbsxanalarda yüzlərlə siyasi məhbusun olduğuna inanılır. İnsan hüquqları qruplarının bildirdiyinə görə, onlarla şəxs xarici dünyadan tamamilə təcrd olunaraq, sərt şəraitdə saxlanılır.Milli.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar