Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ İŞİD-lə ƏLBİRDİR! - Keçmiş səhra komandiri ifşa edir

Baxılıb: 527     Tarix: 25-05-2020 09:30   

Suriyadakı iştirakına haqq qazandırmaq məqsədilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) işlədiyi sxem məlum olub. Pentaqonun taktikası barədə, necə deyərlər, Suriya silahlı müxalifətinin keçmiş üzvü, indi isə Dəməşqin başlıca şahidlərindən biri Hannam Samir (o həm də Əbu Həmzədir) danışıb.
Bu barədə mayın 19-da «Zvezda» telekanalı xəbər verib.
Keçmiş səhra komandiri iddia edir ki, Suriyanın cənubunda döyüşçülərin ələ alınması məqsədilə konveyer qurulub. Onları şərti olaraq iki qrupa bölürlər: «yaxşılar» və «pislər». Bundan sonra birinciləri ikincələrlə döyüşməyə göndərirlər. Onun özü bu yolla gedib və Şərqi Süeyddəki dəstəyə daxil olub, sonra isə məşq keçmək üçün İordaniyaya gedib, oradan da Suriyanın cənub-şərqindəki «Ağ səhraya» yollanıb. Burada Amerikanın «Ət-Tanf» bazası və qaçqınların «Rukban» düşərgəsi yerləşir. Ərazidə həmin döyüşçülərdən ABŞ tərəfindən öyrədilmiş «Ceyş Mahavir əs-Saura» qruplaşmasının («İnqilabçı komandoslar ordusu») formalaşdırılması davam etdirilir. Onların bir hissəsi bu yaxınlarda Suriya hakimiyyətinə təslim olub.
Hannam Samir yaxın vaxtlara qədər «mötədil müxalifətin» tərəfində döyüşüb. O, digər döyüşçülərlə birlikdə qaçıb və hökumət ordusunun tərəfinə keçib. Danışır ki, ABŞ hərbçiləri «Rukban» düşərgəsini qorumaq və «terrorçularla mübarizə» aparmaq üçün onu ələ alıblar.
«Bizi İordaniyaya tullamazdan əvvəl «Ət-Tanf» bazasına bir Amerika kolonu yola düşdü. Bütün səhra komandirlərinə də şabalıdı rəngli «pikap»lar ayrıldı» - Samir danışır.
Əbu Həmzə indi xüsusi nəzarət altındadır. O qiymətli şahiddir və Suriyanın cənubunda baş verənləri gözləri ilə görüb. Onun sözlərinə görə, ABŞ-ın nəzarəti altında olan ərazilərdə döyüşçülər hazırlayan gerçək konveyer fəaliyyət göstərir. Silahla davranmağı və diversiya törətməyi onlara ABŞ ordusunun təlimatçıları öyrədirlər. Sonra onların bir hissəsi radikal islamçıların, bir hissəsi isə «mötədil müxalifət» qruplaşmasının sıralarına göndərilir. Keçmiş səhra komandiri qeyd edir ki, bu qüvvələr arasında silahlı düşmənçilik var, amma bu qarşıdurma «sünidir» və məqsəd ABŞ ordusunun neftlə zəngin ərazilərdə iştirakını əsaslandırmaq üçün bir bəhanə yaratmaqdır.
«Amerikalılar hesab edirlər ki, bura onların torpağıdır. Özlərini kral kimi aparırlar. Məsələn, kapitan Mayk - onların hamısı eynidirlər. Onlar İŞİD agentləridir - təkcə Mayk yox, qalanların hamısı. Onlar İŞİD nümayəndələri ilə işləyilər - onları öyrədirlər. Biz «Ət-Tanf» bazasında işidçilərə rast gəlmişik, mən oları «Rubkan» düşərgəsində də görmüşəm. Deməli onların hamısını eyni təşkilat yaradıb» - Samir danışır.
Samirin ifadələrini artıq bir neçə il ərzində ABŞ-ın Suriyadakı taktikasını izləmiş ekspertərin fikirləri də təsdiqləyir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar