Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiya və Türkiyə koronavirus vaksinini birlikdə yaradacaq

Baxılıb: 1 026     Tarix: 03-06-2020 09:15   

Rusiya və Türkiyə COVID-19 əleyhinə dərman və vaksinin yaradılması üzərində birgə iş aparacaqlar.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin başçısı Mixail Muraşko ilə danışıqların nəticəsinə əsasən Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
"Mən həmkarım, Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə danışıqlar apardım. Muraşko qeyd etdi ki, onlar özləri bizim COVID-19-a qarşı tətbiq etdiyimiz müalicənin uğurunu görürlər. Danışıqların gedişatında nazirliklərimizin müəssisələrinin dərmanların və vaksinlərin yaradılması üzərində birlikdə işləmələri barədə qərar qəbul etdik", - Türkiyənin Səhiyyə naziri özünün "Twitter"dəki səhifəsində yazıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar