Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
17/04/2024 [10:41]
Prezident qəbul keçirdi
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Suriyada gərginlik: ABŞ və Rusiya qoşunları üz-üzə gəldi

Baxılıb: 599     Tarix: 04-06-2020 10:31   

Suriyanın Qamışlı qəsəbəsində ABŞ və Rusiya qoşunları arasında gərginlik yaşanıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Rusiya ordusu Türkiyə sərhədinə yaxın ilk hərbi bazasını yaratmaq istəyir. Bununla bağlı rus komandirlərini daşıyan helikopter Qamışlıya yaxın Qasr Dib kəndində bir məktəbə eniş edib.
İddia olunur ki, Rusiya məktəbi hərbi bazaya çevirmək istəyir və buraya 13 zirehli avtomobillə 30 hərbçi yerləşdirib.
Məlumata görə, hərbi və logistika ləvazimatları daşıyan Rusiya konvoyu məktəbə doğru hərəkət etdiyi zaman ABŞ hərbçiləri onların qarşısını kəsərək geri göndərib.
Rus komandirlər və əsgərlərin məktəbi tərk etmədiyi deyilir.
Qeyd edək ki, Qamışlı qəsəbəsi YPG/PKK-nın nəzarəti altındadır. Burada ABŞ qoşunları da fəaliyyət göstərir.шаблоны для dle 11.2