Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

97 nəfərin öldüyü qəzaya koronavirus səbəb olubmuş

Baxılıb: 661     Tarix: 24-06-2020 16:53   

Mayın 22-si Pakistanın Karaçi şəhərində 97 sərnişinin ölümü ilə nəticələnən təyyarə qəzasına pilotların koronavirus infeksiyası üzərində mübahisə etməsi olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Pakistan hökumətinin açıqladığı ilkin istintaq məlumatlarında qeyd olunub. Bildirilib ki, uçuş zamanı pilotlar koronavirusu müzakirə edib, bu isə onların diqqətini yayındıraraq qəza etmələrinə səbəb olub.
Pakistanın Mülki Aviasiya naziri Qulam Sərvər Xan "Həmin pilotların ailələri bu virusdan zərər görüb, buna görə onlar pandemiyanı müzakirə edirdilər", -deyə qeyd edib.
Nazirin sözlərinə görə, təyyarə eniş etməyə normadan yüksək hündürlükdən başlayıb. Dispetçerlər bu barədə pilotları məlumatlandırsalar da onlar bunu ciddiyə almayıb və müzakirəyə davam ediblər.
"Dispetçerlər onlara xəbərdarlıq etmişdilər. Lakin o ekipaj komandiri öhdəsindən gələcəyini deyərək söhbətə davam edib",- deyə nazir bildirib.
O, pilotların təcrübəli olduğunu və uçuşdan əvvəl bütün tibbi müayinələrdən keçdiyini, təyyarənin isə tam işlək vəziyyətdə olduğunu vurğulayıb.
Xatırladaq ki, mayın 22-si Pakistanın Karaçi şəhərində Airbus A320 təyyarəsi ikinci eniş cəhdində qəzaya uğrayaraq yaşayış binalarının üzərinə düşmüş, hadisə nəticəsində 99 nəfərdən 2-si sağ qalmışdı.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar