Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Hindistan Rusiyadan silah almağa tələsir, Çinlə gərginlik artır"-RƏY

Baxılıb: 605     Tarix: 29-06-2020 10:57   

"Kommersant" qəzetində yayınlanan məqalədə Rusiyanın 5 ədəd "S-400" zenit raket sistemini qısa müddətdə Hindistana təhvil veriləcəyi yazılıb. Bundan başqa Rusiya Hindistana 33 ədəd MiG-29 və Su-30 qırıcılarının tədarükü ilə bağlı danışıqları intensivləşdirəcəyinə də qərar verib. Bu razılaşma Hindistanın Müdafiə naziri Rajnat Sinqhin Moskvaya səfərinin əsas nəticəsi sayıla bilər.
Bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib.
Politoloq bildirib ki, Hindistanın Müdafiə naziri, onun birinci müavini Ajay Kumar və digər yüksək rütbəli hindli hərbçilərin Moskvaya üç günlük səfəri koronavirus pandemiyasının başlamasından sonra Hindistan rəsmi heyətinin ilk xarici səfəri olub:
"Bu o deməkdir ki, Hindistan adıçəkilən hərbi vasitələri Rusiyadan almağa tələsir. Bunun səbəbi bəllidir. Hindistanla Çin arasında münasibətlərdə gərginlik var, iki ölkə arasındakı sərhəddə toqquşmalar zamanı hər iki tərəf hərbçilərini itiriblər. Çin hərbi qüdrətini özünün istehsal etdiyi hərbi texnika hesabına təmin edir. Hindistanın isə müasir hərbi texnikaya ehtiyacı var. Hindistan Rusiyadan alacağı raketləri Çinlə sərhəddə yerləşdirəcək".
Politoloq qeyd etdi ki, əslində Rusiya ilə Hindistan arasında hərbi texnikanın alınmasıyla bağlı saziş 2018-ci ilin oktyabr ayında imzalanmışdı:
"Sadəcə, Rusiya hərbi texnikanın Hindistana satışını bir müddət ləngidirdi. İndi isə əksinə, Rusiya Hindistana onun istədiyi hərbi texnikanı vaxtından əvvəl çatdıracağını vəd edib. Hindistan S-400 raket komplekslərinə görə Rusiyaya 5 milyard dollar ödəməyi boyun olub və bu məbləğin 800 milyon dolları ötən il ödənilb.
Aydındır ki, Rusiyanın Hindistana hərbi texnika satması Moskvanın strateji tərəfdaşı və Dehlinin rəqibi Pekinin xoşuna gəlməyəcək. Təsadüfi deyil ki, Çinin rəsmi mətbuat orqanlarına ilk dəfə Rusiyanı tənqid edən yazı yayınlanıb. Həmin yazıda belə bir cümləyə də yer verilib: "Hindistan Rusiya-Çin tərəfdaşlığını sınağa çəkir". Hindistan Rusiyadan istədiyi hərbi texnikanı almağa müvəffəq olubsa, demək Pekinin işarə etdiyi sınaq Rusiya-Çin strateji tərəfdaşlığının xeyrinə olmayıb.
Bəs niyə Rusiya Hindistana müasir hərbi texnikanı sazişdə göstərildiyindən əvvəl satmağa qərar verib?
Bunun bir neçə səbəbi var.
Birincisi, Rusiya bütün yumurtaları eyni səbətə qoymaq istəmir. Əlbəttə, Çinlə strateji tərəfdaşlıq Moskva üçün vacibdir. Ancaq Kreml bu tərəfdaşlığı Çinin qonşuları olan Hindistan və ya Vyetnamla əlaqələrə qurban vermək istəmir. Bəllidir ki, Hindistanla yanaşı Vyetnam da Çinin bölgədəki hərbi fəallığından narahatdır. Moskvanın Hindistan və Vyetnamla münasibətlərində heç zaman problemlər olmayıb. Ona görə də Kreml Çinlə tərəfdaşlığa görə Hindistan və Vyetnamla münasibətləri korlamaq istəmir.
İkincisi, Hindistan son illər ABŞ-la yaxınlaşıb. Kreml Hindistan-ABŞ ittifaqını özü üçün regional təhlükə kimi qiymətləndirir. Rusiya Hindistana hərbi texnikanın satışını gecikdirsəydi, Dehli oxşar hərbi texnikanı ABŞ-dan alacaqdı. Bu baş verməsin deyə Kreml Vaşinqtonu qabaqlamağa qərar verdi.
Üçüncüsü, Rusiya iqtisadiyyatı epidemiyanın geniş yayıldığı dövrdə ağır günlər yaşayır, əlavə gəlir mənbələrinə ehtiyacı var. Bu baxımdan Hindistanın hərbi texnikaya görə ödəyəcəyi milyardlarla dollar da Rusiya üçün vacibdir".
F.Ağayevaшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar