Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiyada Türkiyə bayrağını yandıran şəxs inzibati məsuliyyətə CƏLB EDİLDİ

Baxılıb: 468     Tarix: 05-03-2021 11:38   

Rusiyanın Kemerovo vilayət sakini Türkiyə bayrağını yandırıb.
Bu barədə Avoka.do Kemerovo Rayon Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayır.
Bildirilir ki, 2020-ci ilin oktyabrında "Odnoklassniki" sosial səhifəsinin istifadəçilərindən biri paylaşımında Türkiyə və Azərbaycan sakinlərini təhqir edib. O, eyni zamanda, radikal şəkillər də paylaşıb.
Prokurorluğun araşdırması nəticəsində müəyyən olunub ki, kişinin ifadələrində həqiqətən müəyyən bir milliyyətə qarşı mənfi yanaşmalar var. Türkiyə bayrağının yandırılması ilə bağlı foto dövlət rəmzinə təhqir və müəyyən cəmiyyətə qarşı nifrət, hörmətsizlik kimi qəbul edilib.
Məhkəmə qərarı ilə həmin şəxs günahkar hesab olunub.
O, inzibati qaydada 10 min rubl (228 AZN) məbləğində cərimələnib./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar