Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Moskva görüşündə Nikol Paşinyan Rusiyanın etimadını qazanmağa çalışacaq

Baxılıb: 455     Tarix: 07-04-2021 10:11   

“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə aprelin 7-də keçirəcəyi görüşdə Kremlin etimadını qazanmağa çalışacaq”.
“Report” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.
Hökumət başçısının Moskvaya səfərindən öncə hazırlanan məqalədə vurğulanıb ki, görüşdə N.Paşinyanın istefası ilə bağlı tələblər, Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri, iki ölkə arasında sıx əməkdaşlıq. Qarabağdakı vəziyyət müzakirə olunacaq.
Yazıda bildirilib ki, V.Putinlə görüş seçkilərə daha arxayın getmək üçün N.Paşinyanın qarşısında yeni reallıqlar açır.
Qeyd edək ki, aprelin 7-də N.Paşinyan Moskvaya işgüzar səfər edəcək.

Qanunvehedef.azшаблоны для dle 11.2