Xəbər lenti
15/04/2024 [12:42]
Sabah 27° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“ADİ FAŞİZMDİR…” – Rusiya polisinin zorakılığı böyük etirazlara səbəb olub – VİDEO

Baxılıb: 381     Tarix: 05-08-2019 16:01   

Artıq bir neçə həftədir ki, Moskva Dumasına seçkilərlə bağlı keçirilən aksiyalar Rusiya gündəminin əsas mövzusuna çevrilib.
Qanunvehedef.az Rusiya mətbuatına istinadla xəbər verir ki, aksiyalar zamanı ümumilikdə minlərlə vətəndaş həbs edilib.
Xatırladaq ki, etirazların başlanmasına səbəb Rusiya MSK-sının müxalif namizədləri qeydiyyata almaqdan imtina etməsi olub. MSK bu addımını müxalif namizədlərin imzatoplama kampaniyasında guya saxtakarlığa yol vermələrilə izah edib.
Müxalifətçilər isə bütün imzaların real olduğunu və seçicilərin izahat verərək, öz imzalarını təsdiq etməyə hazır olduqlarını bildiriblər. Lakin seçki qurumu etirazlara məhəl qoymayaraq, həmin namizədləri seçkiyə buraxmaq istəmir.
İyul ayının əvvəlindən başlayan aksiyalar isə getdikcə daha böyük vüsət almağa başlayıb. Xüsusilə iyulun 14-də və 28-də keçirilən icazəsiz aksiyalar daha mütəşəkkil və çoxsaylı olub. Müxalifət lideri Aleksey Navalnı başda olmaqla, əksər təşkilatçılar hələ iyulun 28-də keçiriləcək mitinqdən əvvəl – iyulun 24-də həbs edilərək, 30 sutkalıq cəza alıblar. Buna baxmayaraq, etirazçılar liderləri olmasa da, aksiyalarını keçirə biliblər.
Son etiraz aksiya isə avqustun 3-də baş tutub. Bu dəfə də polis etirazçılara qarşı güc tətbiq edib. Həmin aksiyada 800-dək vətəndaşın saxlanıldığı bildirilir. Moskvanın mərkəzində keçirilən aksiyaya aid videogörüntülər isə sosial şəbəkələrdə böyük müzakirələrə və etirazlara səbəb olub. İstifadəçilərin əksəriyyəti polisin davranışlarını“adi faşizm” adlandırıblar.
Qanun keşikçiləri heç bir hərəkət etməyən, şüar səsləndirməyən vətəndaşlara, hətta jurnalistlərə qarşı da zor tətbiq ediblər.
Müşahidəçilər bu etirazların təşkilatçısı olan A.Navalnının həbsdə olmasına baxmayaraq, artıq məqsədinə çatdığını bildirirlər. Çünki məhz bu mitinqlər xeyli müddətdir Putin hakimiyyətinin korrupsiya, özbaşınalıq və yoxsulluğa yol açan siyasətinə susan əhali arasında əsl canlanmaya səbəb olub. Hesab olunur ki, aksiyalar getdikcə daha böyük vüsət ala bilər və bunda polisin vətəndaşlara qarşı həddindən artıq zor tətbiq etməsinin də böyük rolu var.


шаблоны для dle 11.2