Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

YAP rəsmisindən İlham Əliyevin səhhəti ilə bağlı AÇIQLAMA

Baxılıb: 536     Tarix: 03-09-2019 15:58   

Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Müsavat partiyası divanı tərəfindən ölkə başçısının səhhəti ilə bağlı müzakirələr aparmasına kəskin şəkildə etirazını bildirib.
Qanunvehedef.az xəbər verir ki, S.Novruzov "Amerikanın Səsi"nə açıqlamasında yayılan xəbərlərin yalan olduğunu söyləyib:
"Prezident İlham Əliyevin səhhətində heç bir problem yoxdur. O, hər gün saat 9-da iş başında olur. Axı İlham Əliyevin səhhətinə nə olub? Nəyi müzakirə edirlər? Özlərinin səhhəti pis olanda Prezident İlham Əliyevə, Mehriban xanıma Əliyevaya müraciət edirlər. Siyasi mövqeyindən asılı olmayaraq, hər biri haqqında dövlət tərəfindən lazımı addımlar atılır. Ümumiyyətlə, indi nə baş verir ki, ölkə Prezidentinin səhhəti ilə bağlı müzakirələr aparırsınız? Yenə deyirəm, Prezidentin səhhətində heç bir problem yoxdur. Mən rəsmi şəkildə bu açıqlamanı verirəm. Bu cür yalan məlumatları yayanlar düşmənlərdir. Prezident işinin başındadır".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar