Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Baş kəşfiyyatçı Nikola bu sözləri deyib, istefa verdi

Baxılıb: 400     Tarix: 17-09-2019 11:27   

İstefa verən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyanın bir müddət əvvəl də istefa versə də, Ermənistanın Baş naziri Nikol Paşinyanın çağırışından sonra ərizəsinin geri götürdüyünə dair məlumat yayılmışdı. Vanseyan bu dəfə qərarından vaz keçməyib, baş nazir də etiraz etməyib.
Qanunvehedef.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin Təhlilində öz əksini tapıb. Analizdə istefanın əsas səbəbləri açıqlanıb:
“Artur Vanesyanın öz sözlərinə görə, qərarların necə gəldi verilməsi, hədəflərin qarışıqlığı onu istefa verməyə məcbur edib. Keçmiş MTX direktoru onu da deyib ki, aparılan siyasət zabit andına uyğun deyil. Artur Vanesyanın son cümləsi “Dayanın!” ifadəsiylə bitir. Bu, Nikol Paşinyan hakimiyyətdə olduğu dövrdə ən ciddi və rezonans doğuran istefadır. Artur Vanesyan istefasıyla bağlı nə deyibsə, həmin sözlər Baş nazir Nikol Paşinyana aiddir. Onun “dayanın” çağırışı da Paşinyana ismarışdır. Görəsən, Paşinyan nəyi dayandırmalıdır? Paşinyan nə edib ki, kəşfiyyata başçılıq edən birisi hesab edib ki, baş nazir mövcud siyasəti ilə Ermənistanı uçuruma aparır?"
Mərkəzin təhlilində bu ilin may və iyun aylarında Paşinyanla Vanesyan arasında baş verən qiyabi dialoqa diqqət çəkilib:
“Paşinyan mətbuat konfransında demişdi ki, “məxməri inqilab”dan əvvəl keçmiş hakimiyyətin təmsilçiləri Milli Təhlükəsizlik Xidmətində bir sıra sənədləri məhv ediblər. İtən sənədlərin sayından və məzmunundan heç kimin məlumatı yoxdur. Nikol Paşinyan bunu cinayət adlandırmışdı. Buna cavab olaraq Artur Vanesyan bildirmişdi ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən 2008-ci ilin mart hadisələri ilə bağlı itən sənədlərdən xəbəri var, ancaq bu informasiyanı açıqlaya bilməyəcək. Vanesyan Milli Təhlükəsizlik Xidmətindən sənədlərin itməsi faktı ilə bağlı cinayət işi başlamayacağını da vurğulamışdı”.
Təhlildə Paşinyanla Vanesyan arasında ixtilaf olduğu bildirilib:
“Görünür, Paşinyanla Vanesyan arasındakı ixtilafa 2008-ci il hadisələrinə fərqli baxışlar səbəb olmuşdu. Paşinyan bütün vasitələrlə 2008-ci hadisələrində əli olan bütün siyasətçiləri və hərbçiləri məsuliyyətə cəlb etmək istəyir. Vanesyan isə bunun əleyhinə olub. Belə çıxır ki, Artur Vanesyan eks-prezident Robert Köçəryanın da həbsdə saxlanılmasının əleyhinədir. Digər tərəfdən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edən birisi Rusiyanın müvafiq orqanları ilə sıx əməkdaşlıq etməlidir. Artur Vanesyanın 2002-ci ildə Rusiyanın Federal Təhlükəsizlik Bürosunun Akademiyasında ixtisasartırma kursu keçdiyini xatırlatmaq yerinə düşər. Paşinyanla Vanesyan arasındakı fikir ayrılığına Rusiya amili də səbəb ola bilər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar