Xəbər lenti
15/04/2024 [12:42]
Sabah 27° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Prezident onlara fəxri adlar verdi

Baxılıb: 585     Tarix: 02-10-2019 10:54   

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Əməkdar elm xadimi"
Əlimərdanov Hafiz Mütəllim oğlu
Həsənov Arif Həsən oğlu
İbrahimov Hikmət Camal oğlu
"Əməkdar mühəndis"
Abdullayev Elmar Şahmar oğlu.
***
Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Əliyeva Leylufər İmran qızı
Hacıyev Arif Şahmalı oğlu
Məmmədbəyli Eldar Hüseynqulu oğlu
Səidova Adilə Atakişi qızı
Süleymanov Samir Süleyman oğlu.шаблоны для dle 11.2