Xəbər lenti
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Putin İrəvanda Bella ilə saatlarla söhbət etdi, Nikolu isə...

Baxılıb: 154     Tarix: 03-10-2019 11:48   

Avrasiya İqtisadi Birliyinin sammitindən öncə Ermənistandakı yeni hakimiyyətə yaxın KİV-lər bu səfəri geniş reklam edirdilər, Putin-Paşinyan görüşünün az qala tarixi olacağını təxmin edənlər də var idi. Lakin bu görüşün baş tutacağına inanmayanların sayı da az deyildi. Politoloq Əli Hacızdə Avrasiya İqtisadi Birliyinin (AİB) Ermənistanda keçirilən sammitində iştirak etmək üçün İrəvana gedən Rusiya Prezidenti Vladimir Putinin son anda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməsinə münasibət bildirərkən deyib. O, Putinlə Paşinyanın bir neçə dəqiqəlik görüşünün Erməni tərəfinin səyləri nəticəsində baş tutduğunu bildirib:
Sammit əsnasında görünürdü ki, Putin daha çox Qazaxıstan və Belarus prezidentləri ilə ünsiyyətə üstünlük verir, ev sahibliyi edən Paşinyan arxa planda qalırdı. Paşinyana müxalif olan KİV-lər və siyasətçilər son ana kimi Putin-Paşinyan görüşünün sual altında olduğunu bəyan edirdi. Səfərin bir maraqlı məqamı da Vladimir Putinin hazırda həbsdə olan keçmiş prezident Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanla Rusiyanın İrəvandakı səfirliyində bir neçə saat çəkən görüşü ilə bağlıdır. Ermənistandakı mənbələr Putinin Bella Köçəryanla görüşünün Nikol Paşinyanla görüşündən daha uzun çəkdiyini deyir. Paşinyanla görüş isə son anda və baş nazirin iqamətgahında deyil, İrəvanın beynəlxalq hava limanında baş tutub”.
Ekspert Putin-Paşinyan görüşündə digər diqqətçəkən məqamın Paşinyanın keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlı olduğunu söyləyib:
“Digər maraqlı məqam da ondan ibarətdir ki, Paşinyan Putinlə mətbuat qarşısında açıqlama verərkən Rusiyanı “Ermənistanın strateji partnyoru” adlandırdı. Bundan öncəki Ermənistan prezidentləri isə Rusiyanı əsasən Ermənistanın başlıca müttəfiqi adlandırırdı”.
Politoloqun sözlərinə görə, hazırda Ermənistan cəmiyyətini maraqlandıran əsas məqam həm Rusiya ilə münasibətlərin sonrakı taleyi, həm də bu yaxınlarda baş verəcəyi ehtimal olunan Rusiya qazının Ermənistan üçün bahalaşmasıdır:
“Bir çox erməni ekspert hesab edir ki, Putinin Paşinyanla soyuq münasibəti Ermənistan-Rusiya münasibətlərinin daha da korlanmasına səbəb olacaq”.
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi Ali Şurasının toplantısına qatılmaq üçün İrəvana səfər edən Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki görüş baş tutub. Görüşlərdən biri Putin İrəvanı tərk edən zaman hava limanında keçirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar