Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Prezidentin tənqidi: adlar açıqlanacaq – MŞ plan hazırladı

Baxılıb: 634     Tarix: 22-10-2019 14:13   

Prezident İlham Əliyevin ötən həftə keçirilən müşavirədə dövlət tərəfindən aparılan islahatlara və bu islahatlara meyilli, yeni təfəkkürə malik kadrlara qarşı bəzi iqtidar nümayəndələrinin kampaniya aparması və bu kampaniyanı mətbuat vasitəsi ilə həyata keçirilməsi barədə çıxışı geniş rezonans doğurdu. Prezidentin bu çıxışından sonra köməkçisi Əli Həsənov ötən gün mətbuata açıqlama verərək, bu kampaniyanın ayrı-ayrı saytlarda, xüsusən də reket saytlarda aparıldığını bildirdi.
Məsələ ilə bağlı Qanunvehedef.az-a danışan Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli bildirib ki, islahatlara qarşı kampaniya aparan media qurumlarının adları Mətbuat Şurasına bəllidir.
“Nüfuzlu və ciddi media orqanları bu proseslərə qatılmır. İslahatlara qarşı kampaniyaya qoşulanlar media prinsiplərini pozan və Şuranın qara siyahısında olan mətbuat orqanlarıdır. Müəyyən güc mərkəzləri tərəfindən yaradılan və idarə edilən bu mətbuat orqanları haqqında ciddi şəkildə bəyanatlar və açıqlamalarımız da olub. Sadəcə, müəyyən qisminin arxasında iri dövlət məmurları durduğu üçün onlara qarşı tam effektli mübarizə aparmaq olmurdu. Lakin bir halda ki Prezident İlham Əliyevin də diqqəti onların üzərindədir, yəqin ki, artıq onlara qarşı effektiv, ciddi mübarizə aparılacaq və adları da açıqlanacaq”.Prezidentin müşavirəsindən dərhal sonra Mətbuat Şurasının keçirdiyi iclasda bu cür media orqanlarına qarşı mübarizə aparılması barədə təkliflərin müzakirə olunduğunu vurğulayan M.Ələsgərli artıq bu barədə Şuranın tədbirlər planının hazırlandığını qeyd edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar