Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“ÖZLƏRİ ÇALIB, ÖZLƏRİ OYNAYACAQLAR” – Ərdoğandan ABŞ Konqresinə cavab

Baxılıb: 722     Tarix: 01-11-2019 13:34   

“Türkiyə yeni bir istiqlal mübarizəsi aparır, zəfərə doğru addım-addım irəliləyirik”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
Türkiyə Prezidenti xəbərdarlıq edərək deyib ki, terror balonu nə zamansa erməni terrorunu, PKK-nı dəstəkləyənlərin əlində partlayacaq: “Qısa müddətdə əldə etdiyimiz uğur bəzilərinin təşvişə düşməsinə səbəb olub. 20 şəhidimiz var. Qərbdən olan heç bir dövlət şəhidlərimizlə bağlı bizə başsağlığı vermədi. Antiterror əməliyyatı nəticəsində isə 900-dən çox terrorçunu zərəsizləşdirmişik.
Qərbdən olanlar bizdən davamlı olaraq soruşurlar: “Orada nə qədər qalacaqsınız?” Mən də onlardan soruşuram: “Siz nə vaxt çıxacaqsınız?”
R.T.Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Pensin Türkiyə səfəri zamanı əldə edilən razılaşmadan da danışıb, eyni zamanda ABŞ-ın Nümayəndələr Palatasında Türkiyə əleyhinə qəbul olunan qətnamələrə münasibət bildirib: ”Oktyabrın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb, özləri oynaycaqlar.
Bununla belə ölkəmizə atılan iftiranın bir parlamentdə qəbul edilməsindən məyusuq. Onlara dedik ki, bu tarixçilərin, arxeoloqların işidir, səlahiyyət verək onlar bu işi görsünlər. Buna siyasət donu geyindirməyək. Tarixləri soyqırım, köləlik və müstəmləkəçiliklə dolu olan ölkənin Türkiyəyə dərs keçməkk, söz demək haqqı ola bilməz. Lazım olan cavablar veriləcək. ABŞ-la siyasi müttəfqiliyimizə dair problemlərin həll olunacağına da ümid edirəm”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar