Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Müsavatın Avropadakı sədri və müavini həbs edildi – Təfərrüat

Baxılıb: 562     Tarix: 14-11-2019 14:17   

Evlәrdә vә ofislәrdә axtarış Koblenç Prokurorluğunun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada insan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir).
Qanunvehedef.az xəbər verir ki, bu sözləri jurnalist Yafəs Əkrəmoğlu Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərinin saxlanması barədə qeyd edib.
Onun sözlərinə görə, saxlanılanlar Xәlilbәyli, Hәsәn (soyaddır), Cavadov vә başqalarıdır:
“Cinayәt işinә әsaslanmış sanksiyadakı mәlumatların qısaldılmış forması belәdir: Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs Xәlilbәyli (Avropada yaşayan siyasi mühacir, Müsavat Partiyasının üzvü, Müsavat Avropa Koordinasiya Mərkəzinin sədr müavini – red.) әn azı 2015-ci ildәn bәri pul müqabilindә, saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri verib. Guya hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar.
O, gәtirdiyi adamlara özünün Almaniyada sözükeçәn biri kimi tәqdim edib. Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә bağlı necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә o, qurbanlarının әlindәn hәqiqi sәnәdlәrini alıb.
O, hәmin şәxslәrin guya Azәrbaycanda siyasi sәbәbdәn izlәnmәlәri ilә bağlı saxta sәnәdlәri tәqsirlәndirilәn şәxs Hәsәn (İlham Hәsәn - Müsavat Avropa Koordinasiya Mərkəzi sədri – red.) vә tәqsirlәndirilәn Cavadovun vasitәsiylә әldә edib. İndiyә kimi әn az 50 bu cür iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub.
Tәqsirlәndirilәn şәxs Hәsәn әn az 7 dәfә dolu paketdә Xәlilbəyliyә saxta sәnәdlәr göndәrib.
Çoxsaylı azәrbaycanlının ev vә ofislәrindә axtarışlara sәbәb istintaq dövrü toplanan bu cür mәlumatlar olub”.
Qeyd edək ki, Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində poli 13 ev və obyektə basqın edib və siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən 8 azərbaycanlı saxlanılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar