Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xalq artistindən Mehriban xanıma: Bakı o Bakıdır?

Baxılıb: 555     Tarix: 05-12-2019 14:54   

Ötən gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub.
Qanunvehedef.az xəbər verir ki, xalq artisti Əlibaba Məmmədovla Birinci vitse-prezident Mehriban Əliyeva arasında səmimi dialoq baş tutub.
Həmin dialoqun bir hissəsini təqdim edirik:
Xalq artisti Əlibaba Məmmədov: Mən olanı deyirəm, vallah Siz çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz, zəmanəmizin Hacı Zeynalabdinisiniz.
Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun, Əlibaba müəllim. Mən Prezidentin də böyük salamlarını sizə çatdırıram.
Xalq artisti Əlibaba Məmmədov: Prezidentimizi də bağrıma basıram.Birinci vitse-prezident Mehriban Əliyeva: O, sizi çox sevir, dedi ki, mənim böyük salamlarımı Əlibaba müəllimə çatdır. Sizə möhkəm cansağlığı arzuladı.
Xalq artisti Əlibaba Məmmədov: Sağ olsun, var olsun. Öz aramızdı, baxın, 15 ildə nə qədər işlər görmüsünüz, kim edə bilər? Prezidentimiz 15 ildir bizə rəhbərlik edir, xalqımızı idarə edir. Baxın, görün, Azərbaycan o Azərbaycandır, Bakı o Bakıdır?
Birinci vitse-prezident Mehriban Əliyeva: Bəli, ölkəmizdə böyük işlər görülüb.
Xalq artisti Əlibaba Məmmədov: Böyük işlər görüb, yenə də görür, indi lap böyük işlər görür. Bunun hamısını yerinə qoyub. Bilirsiniz, mən siyasətçi deyiləm, mən muğam ifaçısıyam, azdan-çoxdan şeriyyat bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin adından, öz adımdan deyirəm ki, var olun, dünyada nə gözəl şeylər var, hamısı Sizə qismət olsun.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar