Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu sahədə görüləsi işlər çoxdur, ancaq... - İlham Əliyev

Baxılıb: 427     Tarix: 16-01-2020 13:38   

“Bakutel” artıq 20 ildən çoxdur keçirilir və regionda əsas sərgi və konfransdır. Bu sərgi və konfransda adətən Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri də iştirak edir. Bu təşkilatın rəhbərləri mənimlə görüş əsnasında daim Azərbaycanda bu sahədə görülən işlərə yüksək qiymət verirlər.
Qanunvehedef.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.
"Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıbdır. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır.
Beləliklə, bu il bu sahədə görüləsi işlər çoxdur. Ancaq sevindirici hal ondan ibarətdir ki, artıq gözəl nəticələr əldə edilib və biz bundan sonra yalnız inkişaf yolu ilə gedəcəyik. Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də yüksək texnologiyalar sahəsində bundan sonra da regionda liderlik mövqelərini qorumalıdır və biz öz potensialımızı artırmalıyıq", - İ.Əliyev qeyd edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar