Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Liderlərin tele-konfransları: yeni dövr başlayır?

Baxılıb: 904     Tarix: 04-04-2020 14:27   

Koronavirus pandemiyası dünya siyasətinə də çox ciddi zərbə vurub. İran, İngiltərə, İtaliya, Fransa və başqa ölkələrin bəzi dövlət xadimləri koronavirusa yoluxub. Koronavirusun yaratdığı təhlükə səbəbilə dövlət başçıları və digər rəsmilər birbaşa görüşlərdən imtina edirlər.
Politoloq Qabil Hüseynli koronavirus pandemiyası ilə əlaqədar dünya liderlərinin telekonfranslar, virtual iclaslar keçirməsi haqda danışarkən deyib. O qeyd edib ki, hazırda ölkə liderləri başda olmaqla, bir çox diplomatlar, dövlət xadimləri birbaşa görüşlər keçirmir:
“Mövcud vəziyyət diplomatiya sahəsində yeni bir tendensiyanın yaranmasına gətirib çıxarıb. Dövlət başçılarının görüşləri, beynəlxalq tədbirlər telekonfrans və ya digər virtual formada keçirilir. Hətta Böyük Yeddilik (G-7)və G-20 ölkələrinin görüşləri də telekonfrans formatında keçirildi. Bu mənada diplomatiya sahəsində bunu yeni bir tendensiya kimi qiymətləndirmək olar. Düzdür, bu, təhlükəsiz olsa da, düşünürəm ki, birbaşa görüşlərin yaratdığı effekt tamam başqadır. Çünki diplomatiyada bədən dili kimi bir çox nüanslar var. Bu baxımdan fikrimcə, virusun qarşısı alınandan sonra yenidən qarşılıqlı səfərlər təşkil ediləcək və liderlərin birbaşa görüşləri davam etdiriləcək”.
Politoloq Azərbaycan Prezidentinin nazirlərlə birbaşa görüşlər keçirməsini cəsarətli addım olaraq qiymətləndirib:
“Bu, mövcud vəziyyət üçün çox cəsarətli addımdır. Təbii ki, həmin görüşlərdə lazımi təhlükəsizlik qaydalarına riayət edilir. Lakin buna baxmayaraq, ölkə başçısının tapşırıqlarını birbaşa görüşlərlə verməsi önəmli nüansdır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar