Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İran körükləyir: Türkiyə təşəbbüsü ələ ala bilər...

Baxılıb: 762     Tarix: 21-05-2020 08:09   

İsrail Qərbi Şəriyədəki yaşayış məskənləri və İordan vadisini ilhaq edəcəyi ilə bağlı açıqlamasından imtina etməlidir. Əks təqdirdə Yaxın Şərqdə yeni qarşıdurma yaşana bilər.
Bu açıqlamanı siyasi-ekspert Vüqar Zifəroğlu verib. İsrailin Qərbi Şəriyədəki yaşayış məskənləri və İordan vadisini ilhaq edəcəyi ilə bağlı açıqlamasından sonra Fələstinin ABŞ və İsrail ilə əldə edilən bütün razılaşmalardan geri çəkilməsini şərh edərkən deyib. O bildirib ki, Fələstin tərəfinin bu formada bir bəyanat verməsi təbiidir:
“Çünki İsrailin Qüdsü paytaxtı elan etməsi və ABŞ-ın bunu tanıması Fələstinin bu iki dövlətlə münasibətlərini kəskinləşdirdi. Mövcud vəziyyət problemin daha təhlükəli məcraya sürükləndiyini göstərir. Xüsusilə, İsrailin Qərbi Şəriyədəki yaşayış məskənləri və İordan vadisini ilhaq edəcəyi ilə bağlı açıqlaması İsrail-Fələstin münasibətlərinə ciddi təsir göstərəcək. Hətta onu da deyim ki, 50 ildən artıqdır davam edən İsrail-Fələstin münaqişəsinin daha kəskin formada ortaya çıxmasının şahidi ola bilərik”.
Ekspert bildirib ki, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsində kifayət qədər maraqlı olan qüvvələr var:
“İsrailin Qərbi Şəriyədəki yaşayış məskənləri və İordan vadisini ilhaq edəcəyi ilə bağlı açıqlamasından sonra Fələstin də özünəməxsus tərzdə cavab verdi. Fələstin ABŞ və İsrail ilə əldə edilən bütün razılaşmalardan geri çəkildiyi bildirdi. Digər bir maraqlı məsələ isə İranın son iki gün ərzində verdiyi bəyanatlardır. Aydın məsələdir ki, İran başda olmaqla, münaqişənin yenidən alovlanmasında kifayət qədər maraqlı tərəflər var”.
Ekspert Fələstinin lazım gələrsə, 3-cü bir ölkənin vasitəçiliyi ilə yenidən danışıqlar masasına otura biləcəyi açıqlamasına aydınlıq gətirib:
“Burada maraqlı məqam Fələstinin yenidən danışıqlar masasına qayıtması üçün vasitəçi ola biləcək ölkənin kim olacağıdır. Düşünürəm, bu məsələdə vasitəçi ola biləcək iki ölkə var – Rusiya və Türkiyə. Çünki istər Türkiyə, istərsə də Rusiyanın İsraillə əlaqələri var. Xüsusilə Türkiyənin zaman-zaman İsraillə münasibətləri pozulsa da, heç vaxt tam olaraq kəsilmir. Yəni hər zaman danışıqlar üçün bir yol saxlanılır. Rusiyanın isə İsrail ilə köklü bir münasibət tarixi var. Digər tərəfdən, Türkiyə və Rusiya Fələstin məsələsində ortaq fikrə sahibdir. Bu mənada bu iki ölkənin həmsədirliyi münaqişənin nizama salınmasına fayda verə bilər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar