Xəbər lenti
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ordumuz başladı, Tonoyan dərhal İran səfiri ilə... - Video

Baxılıb: 383     Tarix: 30-07-2020 11:49   

Ermənistanın Müdafiə naziri David Tonoyan İranın bu ölkədəki səfiri Abbas Badaxşan Zouri ilə görüşüb.
Qanunvehedef.az erməni mediasına istinadən xəbər verir ki, görüşdə İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehdi Vecdan da iştirak edib.
Tonoyan səfirə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və təmas xəttindən danışıb.
Erməni nazir səfirə Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən narahatlığını ifadə edib.
Görüşdə Ermənistan-İran əməkdaşlığının perspektivləri, regional təhlükəsizlik və beynəlxalq inkişaf məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Türkiyə-Azərbaycan ordularının hərbi təlimi bu gün başlayıb.
İran səfiri ilə Ermənistan XİN rəhbərinin deyil, Müdafiə nazirinin görüşməsi, üstəlik bu görüşdə İranın hərbi attaşesinin iştirakı diqqətdən yayınmayıb.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar