Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək?

Baxılıb: 1 243     Tarix: 07-08-2020 11:01   

Yumşaldılmaların nəticəsindən və regionlardakı prosesdən asılı olaraq növbəti qərarlar qəbul olunacaq.
Bunu baş infeksionist Cəlal İsayev Baş nazir Əli Əsədovun Prezident İlham Əliyevlə keçirilən müşavirədə yaxın zamanlarda bir sıra yumşalma proseslərinə hazırlıq görülməsi barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, vətəndaşların karantin qaydalarına və tövsiyələrə əməl etməsi önəmlidir:
“Artıq gündəlik statistika göstərir ki, ölkədə virusa yoluxma halları azalır. Əgər bu azalmalar davam edərsə, müəyyən stabillik əldə olunarsa, təbii ki, yumşaldılmalara gedilməlidir. Tövsiyələrə əməl etmək yoluxma sayının aşağı düşməsinə səbəb olacaq. Bundan sonra yumşaldılmalara nail ola biləcəyik. Bu yumşaldılmalar təkcə vətəndaşlar üçün deyil, dövlət üçün də əhəmiyyətlidir. Hesab edirəm ki, ilk növbədə insanların işlə bağlı məhdudiyyətlər yumşaldılacaq, o cümlədən də iri ticarət mərkəzlərinin açılmasına zəmin yaradılacaq”.
C.İsayev qeyd edib ki, müəyyən prosedurlara əməl olunmaqla, digər sahələrdə də yumşalma ola bilər:
“Hesab edirəm, növbəti yumşaldılma qərarlarında kafe və restoranların fəaliyyəti nəzərə alınacaq”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar