Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənilərin Gürcüstanda yaydığı dezinformasiya ifşa oldu

Baxılıb: 540     Tarix: 02-10-2020 12:40   

Ermənilərin Feysbuk sosial şəbəkəsinin gürcü seqmentindən yaydığı dezinformasiyanı aşkar etmək mümkün olub.
Qanunvehedef.az xəbər verir ki, Qarabağda döyüşlər başladıqdan sonra ermənilər “Metronome.ge” saytında yayımlandığı iddia etdikləri, Paşinyanın 5 may 2018-ci ilə aid olan çıxışını aktiv şəkildə paylaşmağa başlayıb. Ermənilərin paylaşdığı materialda guya Paşinyanın ermənilərdən təşkil olunmuş və xüsusi amansızlığı ilə seçilən Baqramyan batalyonunun Abxaziya müharibəsində iştirakının böyük səhv olduğunu deməsi yer alıb.
Maraqlı məqam odur ki, bu paylaşımın Gürcüstanda sürətlə populiyarlaşmasından sonra belə Ermənistan rəsmiləri bu sözlərin Paşinyana aid olduğunu danaraq, dolayısı yolla Baqramyan batalyonunun gürcülərə qarşı fəaliyyətinə haqq qazandırmış olublar. Belə ki, “Netqazeti”yə açıqlama verən Ermənistan baş nazirinin mətbuat xidməti yayımlanan məlumatı təkzib edib.
Qeyd edək ki, Baqramyan batalyonu 1993-cü ildə yaradılıb. Abxaziya savaşı zamanı batalyon gürcülərə qarşı etnik təmizləmə aparıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar