Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənilər Qarabağ varlıları üçün ölməməlidir - Erməni jurnalist

Baxılıb: 638     Tarix: 19-01-2021 12:26   

Daha müharibə olmasın! Ermənistan vətəndaşları Qarabağ varlılarının sərvətləri üçün ölməməlidir! Ermənistan uşaqlarından əl çəkin!
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın “ArmInfo” agentliyinin Moskvadakı müxbiri Roman Baqdasaryan Feysbuk səhifəsində yazıb.
Onun bu statusunu qısa zamanda min nəfər bəyənib. Lakin bu paylaşımdan sonra o, xüsusilə erməni diasporu tərəfindən təhdid və təqiblərə məruz qalıb. Nəticədə jurnalist yazdığını silməyə məcbur olub.
Rusiyadan yayımlandığı güman edilən “Hay Wave” teleqram kanalı R.Baqdasaryanın simasında Ermənistan vətəndaşı olan ermənilər barədə bunları qeyd edib:
“Əşi, cəhənnəmə olsun bu Roma. Acı verən başqadır – onun bu postu 1 saata min bəyənmə toplayıb. Belə hallarda məyus oluram ki, Gümrü və İrəvanı (müəllif daha sonra mətndən Gümrü şəhərinin adını çıxarıb) bombalamayıblar – oradakılar buna Xankəndi və Xocavənd sakinlərindən daha çox layiq idilər... Əslində, nəyə təəccüblənək ki? Bu insanlar min hektar məhsuldar torpağı, 2 qızıl yatağı və milli mənliyi “açıq sərhədlər”ə dəyişiblər və bununla birgə hər kəs vəziyyətdən razıdır. Mənə maraqlıdır, bakılı Raul Bayraməliyev gəncəli varlılar üçün döyüşmək istəmədiyini yazsaydı, neçə saat yaşaya bilərdi?.. Görünür, ermənilər qəbilə icması səviyyəsinə qədər deqradasiya (bəlkə də heç o səviyyədən yüksəlməmişdilər də) ediblər. Belə xalqı olan ölkəni necə gələcək gözləməsini sezmək çətin deyil”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar