Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Britaniya KİV: “İsgəndər” raketi Bakı üzərində vurulub

Baxılıb: 411     Tarix: 02-03-2021 11:23   

Ermənistan noyabrda Qarabağ müharibəsi zamanı Rusiya istehsalı olan ballistik “İsgəndər” raketini Bakını vurmaq üçün istifadə edib. Lakin raket Bakı üzərində Azərbaycan Ordusu tərəfindən məhv edilib.
Qanunvehedef.az Bakıpost.az-a istinadən xəbər verir ki, bu sensasion materialı yüksək rütbəli məmura istinadla Britaniya nəşri "Middle East Eye"yayımlayıb.
“İrəvan “İsgəndər” ballistik raketi ilə atəşkəsdən bir neçə gün əvvəl Bakını vurmaq istəyib. Amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən istismar olunan HHM sistemi, daha dəqiq desək, İsrailin “Barak-8” sistemi onu havada məhv edə bilib”, - deyə britaniyalı məmur bildirib.
Qeyd edək ki, Azərbaycan Vətən müharibəsi zamanı Ermənistanın "İsgəndər" sistemindən istifadəsinin qeydə alınmadığını rəsmən açıqlayıb.шаблоны для dle 11.2