Xəbər lenti
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bakıda polislər yol qəzasında xəsarət aldı

Baxılıb: 142     Tarix: 08-10-2019 11:21   

Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşları xəsarət alıb.
Bununla bağlı Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 7-si saat 08:30-da Qala qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Vüsal Şükürovun idarə etdiyi "Mercedes" markalı avtomobil Pirallahı Rayon Polis İdarəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü polis serjantı Elton Məmmədovun sürdüyü "Hyundai"la toqquşub.
Hadisə zamanı "Hyundai" markalı avtomobildə Pirallahı Rayon Polis İdarəsinin operatoru, 1989-cu il təvəllüdlü Natiq Ələsgərov da olub.
Qəza nəticəsində polis əməkdaşları xəsarət alaraq, DİN-in hospitalına yerləşdirilib. Onlara kəllə-beyin travması və burunun sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırmalar aparılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar