Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda 4 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Baxılıb: 503     Tarix: 16-10-2019 10:45   

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.
Əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində 4 nəfər saxlanılıb.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) əməkdaşları Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü O.Nuridən 1 kq-dan artıq heroin, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.Qafarovdan 538 qram heroin, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən paytaxt sakini, 1972-ci il təvəllüdlü N.Məmmədbəylidən 210 qram heroin aşkar edilərək götürülüb.
Bundan başqa, Xətai RPİ-nin 35-ci PB əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində N.Abbasov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 918 qram heroin aşkar edilərək götürülüb.
Hər 4 faktla bağlı araşdırmalar aparılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar