Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda avtomobil elektrik dirəyinə çırpılıb — Sürücü ölüb, iki kəndə elektrik verilişi dayanıb

Baxılıb: 646     Tarix: 10-11-2019 11:36   

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanunvehedef.az apa-ya istinadən bildirir ki, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb.
Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan A. Xəlilov dünyasını dəyişib.
Avtomobilin çırpıldığı elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb.
Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar