Xəbər lenti
17/04/2024 [10:41]
Prezident qəbul keçirdi
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

NARDARANDA BÖYÜK FACİƏ – Eyni ailədən 4 uşaq dənizdə batdı

Baxılıb: 667     Tarix: 11-08-2019 16:57   

Xəzər dənizinin Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən 4 uşaq batıb.
Musavat.com xəbər verir ki, uşaqların bir ailənin üzvü olub. Belə ki, dəhşətli faciədə dünyasını dəyişən uşaqların iki bacı, ikisi isə bacı-qardaş olub. Uşaqların valideynləri qardaşdır.
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi dənizdə batan 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışlarına başlayıb.
Onlardan M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Z.Cəfərzadənin axtarışları davam etdirilir.
Xatırladaq ki, iki həftə öncə Kürdəxanıdan olan dörd gənc dost da Pirşağı çimərliyində batıb.шаблоны для dle 11.2