Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

UEFA “Qarabağ”ı cərimələyib

Baxılıb: 603     Tarix: 24-08-2019 10:41   

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.
Avropa futbol qurumunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin iyulun 31-də “Dalğa Arena”da Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Dandolk”unu 3:0 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərdir.
Qurum qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə “Qarabağ”a 20 min avro (38 min manat) məbləğində cərimə kəsib.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən “Qarabağ” çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu Şimali İrlandiyada baş tutan ilk pley-off matçında “Linfild”ə 2:3 hesabı ilə uduzub. Cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar