Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Adımdan paylaşılan statuslar mənə məxsus deyil” – Mariya Stadnik

Baxılıb: 502     Tarix: 01-10-2019 14:53   

“Mənim öz “Facebook” səhifəm yoxdur. Səhifələrdə adımdan paylaşılan statuslar isə mənə məxsus deyil”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın qadın güləşi üzrə 2 qat dünya, 7 qat Avropa çempionu, 3 qat olimpiya mükafatçısı və Avropa Oyunlarının ikiqat qalibi Mariya Stadnik deyib.
31 yaşlı idmançı bildirib ki, onun adından açılan səhifələrin admininin tapılması üçün Azərbaycan Güləş Federasiyası adından müvafiq qurumlara müraciət olunub: “Özüm hazırda Ukraynadayam. Federasiyamızla əlaqə saxlayaraq, xahiş etdim ki, mənim adıma açılan profillər silinsin. Kimsə şəxsi “Instagram” səhifəmdən fotolar paylaşır və hamı, hətta öz yaxınlarım da elə düşünür ki, bunları mən paylaşıram. Mənim “Facebook” səhifəm yoxdur. Özüm yararlanmıram, ərimin səhifəsinə hərdən girib baxıram”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar