Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün Azərbaycan yığması Bəhreynlə yoldaşlıq görüşü keçirəcək

Baxılıb: 509     Tarix: 09-10-2019 12:36   

Bu gün futbol üzrə Azərbaycan milli komandası Bəhreynlə yoldaşlıq görüşünə çıxacaq.
“Report”un məlumatına görə, Bəhreyn Milli Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-dabaşlanacaq.
Oyun Nikola Yurçeviçin baş məşqçi olduğu kollektivin oktyabrın 13-də Budapeştdə Macarıstan yığması ilə keçirəcəyi AVRO-2020-nin seçmə matçı ərəfəsinə təsadüf edib.
Yığma ötən gün səfərə itkilərlə çıxıb. Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəli olduqları üçün heyətdən kənarda qalıblar. Komandanın düşərgəsində olan Qara Qarayevin də zədə üzündən bugünkü görüşü buraxma ehtimalı çoxdur.
Bu, Yurçeviçin rəhbərliyi altında ikinci yoldaşlıq görüşü olacaq. Martın 25-də “Bakcell Arena”da keçirilmiş ilk belə oyunda Litva ilə qolsuz heç-heçə qeydə alınıb.
Azərbaycan və Bəhreyn milliləri isə üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada baş tutmuş oyunda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda keçirilmiş matçda isə 3:0 hesabı ilə qalib gəlib.
Amma FIFA-nın son reytinq siyahısında Bəhreyn yığması öndədir. Hazırda bu komanda 1206 xalla 105-ci pillədə qərarlaşıb. Azərbaycan isə 1191 xalla 109-cudur.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar