Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Fransız futbolçu hərbi salam verə bilər, türklər yox?! - Foto

Baxılıb: 549     Tarix: 15-10-2019 14:46   

Türkiyə futbolçularının Avro-2020-nin seçmə mərhələsində Fransa millisinə vurulan qoldan sonra hərbi salam verməsi Avropa mediasında yanlış aspektlərdə qiymətləndirilib.
Qanunvehedef.az xəbər verir ki, Almaniyanın məşhur “Bild” qəzeti türk futbolçuların şəhid və hərbçiləri yad edərək, hərbi salam verməsini Hitlerin məşhur nasist salamına bənzədib.
“Bild” Bolqarıstan–İngiltərə matçında bolqar azarkeşlərin nasist salamı verməsi ilə türklərin hərbi salam verməsini eyniləşdirib.
Türkiyənin “Xəbər7” qəzeti isə fransız və alman mediasının bu cür təxribatlarına Fransanın dünyaca məşhur futbolçusu Antuan Qrizmanın ölkə lideri E.Makrona hərbi salam verərkən çəkilmiş fotosunu təqdim etməklə cavab verib.
Qeyd edək ki, ötən gün Türkiyə millisi səfərdə Fransa ilə 1-1 bərabərə qalaraq, Avro-2020-yə vəsiqə qazanmaq yolunda böyük addım atmışdı.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar