Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Millimizə viza verilmədi, DÇ-dən kənarda qaldı - Foto

Baxılıb: 549     Tarix: 17-10-2019 16:04   
 
Azərbaycanın mini futbol komandası Yunanıstanda keçirilən yarışa gedə bilməyib.
Oxu.az-ın əldə etdiyi xəbərə görə, Elşad Əhmədovun baş məşqçisi olduğu milli Beynəlxalq Sokka Federasiyasının ikinci dəfə təşkil etdiyi dünya çempionatına hazırlaşsa da, gedə bilməyib.
Millimiz 40 komandanın iştirakı ilə Yunanıstanın Krit adasında keçirilən turnirin püşkatması zamanı dördüncü səbətdə yer alıb. Həmin səbətdə millimizlə yanaşı, Uels, Türkiyə, İrlandiya, Qazaxıstan, Kipr və Macarıstan da olub.
Hətta avqustun 27-də keçirilmiş püşkatma zamanı Azərbaycanın A qrupunda mübarizə aparması dəqiqləşib. Bu qrupda millimiz meydan sahibi Yunanıstan, Misir, Latviya və Meksika ilə birgə mübarizə aparmalı imiş.
Lakin əldə etdiyimiz məlumata görə, komandamız bir ildir hazırlaşdığı turnirə Bakıdakı Yunanıstan Səfirliyinin viza verməməsi səbəbindən yollana bilməyib. Nəticədə, təşkilatçılar A qrupunda millimizin yerinə Çili komandasını daxil etməli olub.
Qeyd edək ki, bu yarış oktyabrın 12-dən start götürüb və 20-də başa çatacaq. İlk dünya çempionatı ötən ilin sentyabrında Portuqaliyanın paytaxtı Lissabonda keçirilib. Almaniyanın dünya çempionu olduğu həmin yarışda Azərbaycan millisi mübarizə aparmayıb.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar