Xəbər lenti
17/04/2024 [10:41]
Prezident qəbul keçirdi
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gəncədə velosiped yürüşü - Foto

Baxılıb: 661     Tarix: 28-10-2019 14:09   

Oktyabrın 27-də Gəncə şəhərində velosiped yürüşü keçirilib. “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqi olub.
Qanunvehedef.az xəbər verir ki, veloyürüş Gəncə şəhəri Dəmiryol Vağzalının qarşısından start götürüb və Gəncə şəhər İcra Hakimiyyətinin önünədək davam edib.
Yürüşdə 1000-dən çox velosipedçi iştirak edib.
Finişdə Gəncə şəhərinin aztəminatlı ailələrdən olan məktəblilərə velosiped hədiyyə olunub. Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində ümumilikdə aztəminatlı ailələrdən olan 100 uşağa velosiped hədiyyə edilib.
Xatırladaq ki, Gəncə eyni zamanda 2019-cu ilin Avropa İdman Şəhəri elan olunub. Bu titulu
MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

шаблоны для dle 11.2