Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şenol Güneş azərbaycanlılara müraciət etdi

Baxılıb: 435     Tarix: 06-12-2019 14:30   

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş azərbaycanlı azarkeşlərə müraciət edib.
Qanunvehedef.az-ın məlumatına görə, AFFA-nın rəsmi Feysbuk səhifəsində 67 yaşlı mütəxəssisin müraciəti paylaşılıb.
Təcrübəli məşqçi 2020-ci ildə keçiriləcək Avropa çempionatı üçün bütün azarkeşləri Bakı Olimpiya Stadionunda gözlədiklərini vurğulayıb:
"Türkiyədəki futbolsevərlərlə, eyni zamanda Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik. Gözəl matçlar bizi gözləyir. Hər kəs biletini alsın və bizimlə bərabər olsun".
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
Avro-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar