Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Güləşçilərimizdən Avropa çempionatında böyük uğur: 1 qızıl, 2 bürünc

Baxılıb: 576     Tarix: 12-02-2020 11:18   

Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusu məğlubiyyətə uğradıb - 6:2.
Beləliklə, Azərbaycan millisi günü 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, İslam Abbasov Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, əvvəlcə belaruslu Kiril Maskeviçi 3:2, 1/8 finalda polşalı Arkadiuş Kuliniçi 3:1, 1/4 finalda bolqarıstanlı Tarek Mohammed Abdelsalamı 4:3 (tuşe) hesabı ilə yendiyi halda, yarımfinalda macarıstanlı Viktor Lorintsə uduzub - 1:6.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar