Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Evdə "Qarabağ", səfərdə "Neftçi"

Baxılıb: 711     Tarix: 28-12-2020 13:08   

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün arxada qalan 13 turunda 51 oyun keçirilib. Qanunvehedef.az Sport24.az istnadən xəbər verir ki, bu matçlarda meydan sahibləri 18 qələbə qazanıb, 16 heç-heçə edib və 17 dəfə uduzub. 131 qolun vurulduğu çempionatda evdə oynayan komandalar cüzi üstünlüyə malikdir – 67:64. Orta məhsuldarlıq 2,57-yə bərabərdir.

Ən yaxşı ev komandası “Qarabağ”dır. Ağdamlılar 6 matçda 15 xal toplayıb. Bu göstəricidə ikinci olan “Neftçi” bir oyun çox keçirsə də, 4 xal geridədir. “Zirə” isə 6 matçda 9 xal toplamağı bacarıb.
 
Səfərdə ən yaxşı nəticə “Neftçi”yə məxsusdur. “Ağ-qaralar” 6 görüşdə 13 xal toplayıb. Bir oyun çox keçirən “Zirə”nin 11 xalı var. “Sumqayıt” isə 8 xalla üçüncüdür. Rəqib meydanında uduzmayan yeganə komanda “Qarabağ” 6 qarşılaşmanın 5-də heç-heçə oynayıb.
 
4 komanda - “Neftçi”, “Zirə”, “Sabah” və “Keşlə” səfərdə evdəkindən daha çox xal qazanıb. “Sumqayt”da bu rəqəmlər bərabərdir. “Qarabağ”, “Səbail” və “Qəbələ” isə öz meydanında daha uğurlu olub.
 
Evdə
1Qarabağ650121-6 15
2Neftçi7322  6-1111
3Zirə6231  6-5 9
4Səbail6222  8-9 8
5Sumqayıt7223  7-8 8
6Qəbələ7151  7-9 8
7Sabah6204  6-8 6
8Keşlə6123  6-8 5
 
Səfərdə
1Neftçi6411  9-3 13
2Zirə732210-9 11
3Sumqayıt6222  9-128
4Keşlə7223  7-128
5Qarabağ615010-4 8
6Sabah7214  7-9 7
7Qəbələ6213  6-117
8Səbail6123  6-7 5
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar