Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Teymur Rəcəbov: “Karlsenə qarşı oynamaq əla olardı”

Baxılıb: 578     Tarix: 12-02-2021 14:43   

“İlkin mərhələdə Maksim Vaşye-Laqrav və Uesli So ilə qarşılaşmalarda yaxşı şansım oldu. Amma çox xal toplayıb, 1/4 finaldan kənarda da qala bilərdim”.
“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsindəki çıxışı barədə danışarkən deyib.
34 yaşlı qrossmeyster 1/4 finalında niderlandlı Aniş Girini üstələdiyi görüşə də toxunub: “Hər ikimiz müdafiədə etibarlı oynadıq. Bəzən mən daha çox müdafiə olunurdum. Düşünürəm ki, bu strategiyanın faydası oldu. Bu raundun ilk günündə daha yaradıcı oynadım. Hər ikimiz xeyli enerji sərf etdik. Bilirsiniz, təsnifat mərhələsində çox və ya az xal toplamaq olar. Əsas odur ki, siz artıq 1/4 finaldasınız və bunadək olan nəticələrdən asılı olmayaraq, görüşü udmaq lazımdır. Əlbəttə, baxımlı oyun göstərmək xoşdur”.
Təcrübəli şahmatçı yarımfinala adlamasına baxmayaraq, Giriyə qarşı yaxşı mübarizə aparmadığını etiraf edib: “Giri ilə duelin ilk günündə problemlərim oldu. Ağ fiqurlarla zəif oyunum digər partiyalara mənfi təsir göstərdi. Düzdür, hər ikimizin yaxşı şansları oldu. Lakin sonuncu partiyanı uduzmamalı idim. Həmin görüşü çox pis keçirdim. Bəzi görüşlərdə məyus olsam da, son nəticə məni qane etdi”.
Rəcəbov yarımfinaldakı rəqibi, ABŞ təmsilçisi Uesli Sonu arzuolunmaz rəqib adlandırıb: “Bu mərhələni keçib-keçməyəcəyimi bilmirəm. So təhlükəli oyunçudur və qarşısındakına elə də çox şans vermir. Giri haqqında da eyni sözləri demək olar. Uesli asanlıqla təslim olmur. So bunu əvvəlki turnirlərin birində göstərib”.
Tanınmış qrossmeyster Çempionlar Turundan sonra 2022-ci ildəki İddiaçılar turnirinə hazırlaşacağını vurğulayıb: “Çempionlar Turu haradasa sentyabrın ortalarında başa çatacaq. Hazırlıq üçün kifayət qədər vaxtım olacaq. Yenə də iştirak edəcəyimiz turnirlərin davamlı olacağı görünür. Öz həmkarlarıma, ən yaxşı oyunçulara qarşı mübarizə aparmaq məni sevindirir. Həmçinin Maqnus Karlsenə qarşı oynamaq əla olardı. Çünki onunla rəqabət aparmaq çox çətindir”.
Rəcəbov qələbə qazandığı gərgin görüşlərdən sonra nə ilə məşğul olduğunu da açıqlayıb: “Hansısa formada qələbədən zövq alıram. Yatmazdan öncə oyunları yenidən izləyib, nə baş verdiyini anlamalıyam. Bir qayda olaraq, erkən yatmaq mənim üçün çətindir. Yəqin ki, bu, hazırda təcrid olunmuş hər kəs üçün problemdir”.
Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalın ilk günündə Uesli Soya 1,5:2,5 hesabı ilə uduzub. Şahmatçılar arasında növbəti partiyalar bu gün olacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar