Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan kimi yığmaları udanlar... - Mitroviç

Baxılıb: 311     Tarix: 28-03-2021 15:07   

Bu komanda və onun hər bir oyunçusu ilə fəxr edirəm. Amma ilk iki oyuna qurduqlarımızı dağıda bilmərik. Matçdan-matça artırmalı, ürəklə və cəsarətlə oynamalı, qələbələr qazanmağa və xallar toplamağa davam etməliyik.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bunu Serbiya milli komandasının futbolçusu Stefan Mitroviç evdə Portuqaliya yığması ilə 2:2 hesablı heç-heçə etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra deyib.
Fransa "Strasbur"unda çıxış edən 31 yaşlı müdafiəçi martın 30-da Bakıda Azərbaycan millisi ikə keçirəcəkləri görüşə ciddi yanaşmalarının vacibliyini vurğulayıb: "Azərbaycana soyuq başla getməliyik. Dünya çempionatına bu cür daha zəif rəqiblərlə görüşlərdə xallar toplayan komanda gedəcək. Bu, köklənməli olduğumuz oyundur".
Mitroviç 90+3-cü dəqiqədə Kristiano Ronaldonun sayılmayan qol epizodunu da şərh edib. Təcrübəli oyunçu topu qapı xətti üzərindən çıxardığını iddia edib: "Ronaldunun situasiyaya öz baxışı var. O, əsəbiləşə bilər, amma mən topun qapı xəttini keçdiyini düşünmürəm. Nəticədən o qədər də razı deyilik, çünki qələbəyə doğru gedirdik".
Qeyd edək ki, hazırda Serbiya və Portuqaliya yığmaları 2 oyundan 4 xalla A qrupuna başçılıq edir. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi Serbiyanı Bakı Olimpiya Stadionunda qəbul edəcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar