Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda əsəbləri tarıma çəkən 97 dəqiqə

Baxılıb: 505     Tarix: 09-08-2019 12:06   

Futbol üzrə Avropa Liqasında ölkəmizi təmsil edən “Neftçi” dünən İsrailin “Bney Yehuda” klubuna qarşı ilk oyununu keçirdi.
Bakıda keçirilən oyun öncəsi proqnozlar “Neftçi”nin qalib gələcəyini düşünməyə əsas verirdi. Oyundan bir gün öncə keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Roberto Bordin media nümayəndələrinin sabahkı oyunla bağlı suallarına ehtiyatla cavab verdi və komandanın inamlı qələbə qazanacağı barədə heç bir fikir söyləmədi. Verilən konkret suallar içərisində Dabonun ehtiyatda olacağından başqa heç bir dəqiq cavab almaq mümkün olmadı. Təmkinlə verilən cavabların nəticəsi isə oyunda bəlli oldu. “Neftçi” ilk hissədə özünü yaxşı tərəfdən göstərməyə çalışsa da, rəqibin kompakt oyunu yaranan imkanların boşa çıxması ilə nəticələndi. Rauf Əliyevin isə bu oyunda göstərdiyi performans heç də qənaətbəxş hesab oluna bilməz. Qol vurmaq imkanını qaçıran Rauf meydanı tərk edənədək komandanın ümumi tempinə uyğun oyun göstərə bilmədi. Kapitan Emin Mahmudov da əvvəlki formada deyildi və nəticə etibarı ilə o da oyun ərzində gözlənildiyi kimi çıxış edə bilmədi. Matçın fəallarından biri isə Cozef Monroz idi. 97 dəqiqə davam edən görüşdə bir çox təhlükəli vəziyyətlər yaratmaqla yanaşı, həmkarı Dario ilə birlikdə gözəl oyun qurmağı bacarırdı. Monrozun 43-cü dəqiqədə vurduğu qol vaxt baxımından bir az geciksə də, 2-ci hissədə komandanın əzmkar oyununun stimuluna çevrildi. Əvəzlənmədən sonra meydana çıxan Namiq Ələsgərov da həm komanda, həm də fərdi oyunu ilə diqqət çəkdi. Məntiqi nəticə olaraq qol vurmağı da bacardı: 2-2.
Rəqib komandaya gəldikdə isə onların oyun üslubu mənə 2004-cü il Avropa Çempionatında Yunanıstan yığmasının sərgilədiyi oyunu xatırlatdı. İsrail kollektivinin Bakıya ən yaxşı halda qolsuz heç-heçə üçün gəldiyi meydana çıxdıqları taktiki düzülüşdən bəlli idi. Beş oyunçu ilə müdafiə olunan komanda ümidini əks hücumlara bağlamışdı. Vurduqları hər iki qolu “Neftçi”nin qapısı qarşısında yaranan çaşqınlıqdan istifadə edərək reallaşdırdılar. Müdafiə xəttində ani boşluqdan yaralanan “Bney Yehuda” ev oyununda meydana rahat çıxmaq üçün bacardığını etdi. Rəqib kollektiv vaxt aparmağa hesablanmış hərəkətləri ilə həm komandamızın, həm də azarkeşlərin qəzəbinə tuş gəldi. Futbol adına yaraşmayan simulyasiyalar əslində onların nə qədər zəif oyun ənənələrinə və ucuz futbol mədəniyyətinə sahib olduqlarını göstərir. Futbolun da özünəməxsus yazılmayan qanunları var ki, İsrail kollektivi bu qaydaların, demək olar, heç birinə əməl etmədi.
Ümid edirik, bu oyunda olduğu kimi, cavab qarşılaşmasında da “Neftçi” əzmkar oyun nümayiş etdirəcək. Futbolda yekun hesab əsas götürülsə də, komandamız nəticədən asılı olmayaraq, onlara bu oyunun mədəniyyətini öyrətməyi bacaracaq. Gələn oyunda doğma klubumuza uğurlar, rəqib komandaya isə futbol oynamağı arzu edirəm.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar